DÜNYA


Çin “Boeing” və “Lockheed Martin” şirkətlərinə sanksiyalar tətbiq etməyə başlayıb

Pekin, 26 oktyabr, AZƏRTAC

Rəsmi Pekin “Boeing”, “Lockheed Martin” və “Raytheon” da daxil olmaqla ABŞ-ın bir neçə şirkətinə və fərdi şəxsə sanksiyalar tətbiq etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien həmin şirkətlərə və fərdlərə sanksiyalar tətbiq edilməsinin Tayvana silah satışı ilə əlaqədar olduğunu deyib.

“Çin hökuməti milli maraqların təmin olunması məqsədilə cavab tədbirləri kimi Tayvana silah satışında iştiraka görə ABŞ-ın bəzi fərdlərinə və şirkətlərinə sanksiyaların tətbiqi barədə qərar qəbul edib”, - deyə Çin XİN rəsmisi bəyan edib. O, Birləşmiş Ştatları “Vahid Çin” prinsipinə və Çin ilə ABŞ arasında imzalanmış 3 birgə bəyannaməyə riayət etməyə, Tayvana planlaşdırılan silah satışlarını və Tayvanla hərbi əlaqələrini dayandırmağa çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Tayvana 1,8 milyard dollar dəyərində potensial silah satışı barədə razılaşmanın təsdiqlənməsi barədə xəbərlər yayılıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.