DÜNYA


Çin “Huawei” şirkətinin vəzifəli şəxsinin saxlanılmasına görə Kanadaya etirazını bildirib

Pekin, 6 dekabr, AZƏRTAC

Çin “Huawei” şirkətinin maliyyə məsələləri üzrə direktoru xanım Men Vancounun saxlanılması ilə əlaqədar Kanadaya etirazını bildirib.

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, Çinin Kanadadakı səfirliyinin yaydığı bəyanatda ABŞ-ın istəyi ilə saxlanılan Men Vancou nə Birləşmiş Ştatların, nə də Kanadanın heç bir qanununu pozmadığı qeyd olunur. Həbsə qəti etirazını bildirən Çin tərəfi bəyan edib ki, bu cür fəaliyyət insan haqlarını kobud şəkildə pozur.

Qeyd edək ki, “Huawei” şirkətinin təsisçisi Ren Cenfeyin qızı olan Men Vancou dekabrın 1-də Kanadada aeroportda saxlanılıb.

Şirkətin yaydığı məlumatda xanım Menin saxlanılmasının səbəblərinin açıqlanmadığı qeyd olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.