SİYASƏT
Çin KİV-ləri Azərbaycanda həyata keçirilən islahatlar barədə xəbərlər yayıb
Pekin, 6 dekabr, AZƏRTAC
Çinin nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar, o cümlədən Milli Məclisin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi prosesini diqqətdə saxlayır.
AZƏRTAC xəbər verir ki, milli xəbər agentliyi Sinxua, 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” qəzeti, Çin Beynəlxalq Radisou və digər KİV-lər Azərbaycanda parlamentin buraxılması və növbədənkənar seçkilərin elan olunması ilə bağlı gedən prosesləri, o cümlədən Milli Məclisin növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciəti, Konstitusiya Məhkəməsinin həmin qərarın Konstitusiyaya uyğunluğu barədə qərar qəbul etməsini, Prezident İlham Əliyevin Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı barədə çin, ingilis və digər dillərdə xəbərlər yayıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin