DÜNYA


Çin Olimpiyada iştirakçılarının vaksinlə təminatı üçün BOK-la işləməyə hazırdır

Pekin, 7 mart, AZƏRTAC

Çin olimpiyaçıların COVID-19 virusu əleyhinə vaksinlə təminatı üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əməkdaşlıq etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Çinin dövlət müşaviri, xarici işlər naziri Van İ ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası çərçivəsində martın 7-də keçirdiyi mətbuat konfransında deyib.

“Çin və Yaponiya Olimpiya Oyunlarına ev sahibliyi edən ölkələr kimi bir-birini dəstəkləyəcək və əməkdaşlığı dərinləşdirəcək”, deyən Van İ bildirib ki, Pekin Olimpiyadanın iştirakçılarını vaksinlə təmin etməyə hazırdır.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən təxirə salınan Yay Olimpiya Oyunlarının iyulda Tokioda təşkil olunması, növbəti Qış Olimpiya Oyunlarının isə 2022-ci ilin fevralında Pekində keçirilməsi planlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.