İDMAN


Çin “Pekin-2022” Qış Olimpiya Oyunlarında ən böyük heyətlə iştirak edəcək

Pekin, 28 yanvar, AZƏRTAC

Çin “Pekin-2022” Qış Olimpiya Oyunlarında ən böyük heyəti ilə iştirak edəcək.

AZƏRTAC Çin Olimpiya Komitəsinin məlumatına istinadla xəbər verir ki, Çin heyətinə 387 nəfər daxildir. Onların 176-sı atlet, 164-ü məşqçi, komanda meneceri, tibb işçisi, 47-si isə digər üzvlərdir. Bu, Çinin Qış Olimpiya Oyunları tarixində ən böyük heyətidir.

Çin komandasının orta yaş 25,2-dir. Heyətə ilk dəfə düşən 131 idmançı ilə yanaşı, Qış Olimpiya oyunlarında dördüncü dəfə iştirak edəcək bir neçə veteran atlet də var. Çin komandasında yerli məşqçilərlə yanaşı, 51 əcnəbi mütəxəssis də var.

Qeyd edək ki, fevralın 4-dən 20-dək keçiriləcək Qış Olimpiya Oyunlarında 90 ölkədən təxminən 3 min idmançı iştirak edəcək. Bəzi ölkələr Qış Olimpiya Oyunlarına ilk dəfə qatılacaq. Azərbaycanı Olimpiadada fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

“Pekin-2022” medal dəstlərinin sayına görə ən böyük Qış Olimpiya Oyunları olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.