DÜNYA


Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Pekin, 22 fevral, AZƏRTAC

Çin, Rusiya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin növbəti – 16-cı görüşü fevralın 27-də Çinin Ucen şəhərində keçiriləcək.

AZƏRTAC Çinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlər Van İ, Sergey Lavrov və xanım Suşma Svarac beynəlxalq və regional məsələləri, dünyada sülhün, sabitliyin və inkişafın təminatı ilə bağlı birgə maraq doğuran mövzuları müzakirə edəcəklər.

On ildən çoxdur yaradılan Çin-Rusiya-Hindistan danışıqlar mexanizmi tərəflər arasında ümumi maraq doğuran məsələlərə dair ünsiyyət və əlaqələndirmənin təşkilinə xidmət edir. Sonuncu bu cür görüş 2017-ci ildə Dehlidə baş tutub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.