DÜNYA


Çin Tacikistana 2 milyon doza “CoronaVaс” vaksini göndərib

Düşənbə, 29 iyul, AZƏRTAC

Çin Xalq Respublikasından (ÇXR) Tacikistana humanitar yardım kimi 2 milyon doza “CoronaVaс” vaksini və şpris göndərilib.

AZƏRTAC Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyinin (SSMN) mətbuat xidmətinə istinadla xəbər verir ki, yardımın təhvil alınması mərasimində bu ölkənin Baş nazirinin müavini Matlubaxon Sattarien, ÇXR-in Tacikistandakı Səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

SSMN-nin idarə rəisi Novruz Cəfərov jurnalistlərə bildirib ki, hazırda Tacikistanda 4 milyon doza vaksin ehtiyatı var. Avqust ayının əvvəllərində isə COVAX proqramı çərçivəsində ölkəyə “AstraZaneca” vaksininin gətirilməsi gözlənilir. Bu günədək Tacikistanda 474 min adam peyvənd olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.