DÜNYA


Çin XİN rəhbəri: ABŞ-ın son zamanlar atdığı addımlar ikitərəfli münasibətləri kölgə altına alır

Pekin, 8 oktyabr, AZƏRTAC

Son zamanlar Amerika Birləşmiş Ştatları Çin ilə ticarətdə gərginlik yaradır, Tayvan məsələsində Çinin hüquq və maraqlarına təhdid yaradan fəaliyyət göstərir, habelə Çinin daxili və xarici siyasətini əsassız olaraq mühakimə edir. Bu cür addımlar Çin ilə ABŞ arasında qarşılıqlı etimadı sarsıdır, ikitərəfli münasibətlərin perspektivini kölgə altına alır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Van İ ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Pekində keçirdiyi görüşdə deyib. Çin XİN rəhbəri ABŞ-ı bu cür neqativ bəyanatları dayandırmağa çağırıb.

Tərəflər görüşdə regionda cərəyan edən hadisələri, o cümlədən Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.