SİYASƏT


Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü qeyd edilib

Bakı, 29 iyul, AZƏRTAC

Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü iyulun 29-da Bakıda qeyd olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı hərbi attaşesi Vanq Lei Çin ordusunun yaranmasından, onun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb. Bildirib ki, Çin ordusu dünyada sülhün qorunmasına böyük töhfələr verib. Çin xalqı daim sülhsevərliyi ilə tanınıb. Çin özünümüdafiə qabiliyyətini ildən-ilə daha da inkişaf etdirir. Çin Silahlı Qüvvələri öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, dünyada sülhün möhkəmlənməsi üçün əməli tədbirlər görür.

Azərbaycan-Çin münasibətlərinə toxunan Vanq Lei qeyd edib ki, iki ölkə arasında əlaqələrin tarixi çox qədimdir. Xalqlarımız böyük İpək Yolu vasitəsilə ticarət əlaqələri saxlayıblar. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. İki ölkə arasında 30 illik diplomatik münasibətlər Azərbaycan və Çin liderləri tərəfindən daha da inkişaf etdirilir. Hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlıq daha da inkişaf edir.

Sonda Çin Silahlı Qüvvələrindən bəhs edən fotosərgiyə baxış olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.