DÜNYA


Çin, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlığı müzakirə edəcəklər

Pekin, 10 dekabr, AZƏRTAC

Dekabrın 24-də Çinin Çendu şəhərində Çin, Yaponiya və Cənubi Koreya liderlərinin 8-ci birgə görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunin açıqlamasında məlumat verilib. Bildirilib ki, görüşdə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan, Yaponiyanın Baş Naziri Şinzo Abe və Cənubi Koreyanın Prezidenti Mun Ce-in iştirak edəcəklər.

Bu il üç ölkənin birgə əməkdaşlığının 20-ci ildönümünün tamam olduğunu bildirən Xua Çunin deyib ki, Çendu görüşündə tərəflər növbəti onillikdə əməkdaşlığın perspektivlərinə, dünyada və regionda sülhün, sabitliyin və tərəqqinin təşviqinə dair məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Asiyanın bu üç ölkəsi öz iqtisadiyyatları ilə təkcə qitədə deyil, dünyada öncül sıralardadırlar. Tərəflər arasında tarixi və siyasi məsələlərə yanaşmada ciddi fikir ayrılıqları olsa da, əsasən iqtisadi sahədə sıx əməkdaşlıq mövcuddur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.