DÜNYA


Çin alimləri suda mikroplastik toplamaq üçün robot-balıq yaradıblar

Bakı, 24 iyun, AZƏRTAC

Çinin Siçuan Universitetinin alimlərindən ibarət qrup suda mikroplastikləri toplamaq üçün nəzərdə tutulmuş balıq robotu yaradıblar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, tərtibatçıların fikrincə, bionik balıq çevikdir, ölçüsü 13 millimetrə çatır və qabıqdakı mirvari təbəqələrini xatırladan qrafen əsasında bir neçə təbəqədən ibarətdir. Lazer şüası ilə təmasda olan robot işə düşür və mikroplastikləri bədənin səthinə çəkərək toplamağa başlayır. Qurğunun hərəkət sürəti saniyədə 30 millimetrə çatacaq.

Əvvəlki layihələrdə suyu çirklənmədən təmizləmək üçün oxşar robotlar təklif edilirdi, lakin onların müxtəlif zəiflikləri var idi: onlar silikon və ya hidrojeldən ibarət idi, bu da onların asanlıqla zədələnməsinə səbəb olurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.