CƏMİYYƏT


Çin alimləri “tikanlı” kontakt linzalar icad ediblər

Bakı, 15 noyabr, AZƏRTAC

Çin alimləri “tikanlı” kontakt linzalar icad ediblər.

AZƏRTAC “Zdorovye mail.ru” saytına istinadla xəbər verir ki, Çin alimlərinin yeni ixtirası olan miniatür “tikanlı” kontakt linzalar “həssas işgəncə” kimi səslənsə də, göz xəstəliklərinin müalicəsində əsl inqilab yarada bilər. İtilənmiş kiçik piramidalar su ilə təmas halında yavaş-yavaş əriyən materialdan hazırlanıb. “Tikanlarda” olan dərman səthi qişaya toxunmayaraq birbaşa gözün daxilinə düşür.

İdeya müəlliflərinin fikrincə, bütün prosedur tamamilə ağrısızdır. Hər halda, yeni terapiyanın sınaqdan keçirilməsi zamanı istifadə edilən laboratoriya siçanlarında heç bir narahatlıq əlamətləri aşkar edilməyib. Lakin alimlər bu yeniliyi hələ insan üzərində sınaqdan keçirməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.