DÜNYA


Çin aviasiya şirkətinin rəhbəri Fransada bədbəxt hadisə nəticəsində ölüb

Pekin, 4 iyul, AZƏRTAC

Çinin təyyarə parkına görə ən böyük 4-cü şirkəti olan “Hainan Airlines”ın həmtəsisçisi və idarə heyətinin sədri Van Cian Fransada bədbəxt hadisə nəticəsində ölüb.

AZƏRTAC “Chinadaily.com.cn” nəşrinə istinadla xəbər verir ki, 57 yaşlı sədr Avinon prefekturasındakı kilsədə 10 metr hündürlükdə olan pilləkəndən yıxılaraq koma vəziyyətinə düşüb. Dərhal xəstəxanaya çatdırılan Van Cianın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Hainan Airlines” Çində ən böyük özəl aviasiya şirkətidir. Baş ofisi Xaynan adasında yerləşən şirkətin parkındakı təyyarələrin sayı 180-ə yaxındır. Şirkət dünya üzrə 220 şəhərə uçuşlar həyata keçirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.