DÜNYA
Çin: batan gəmi suyun dibindən çıxarılsa da, kiminsə sağ tapılacağına ümid qalmayıb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Yanszı çayında qəzaya uğrayaraq batan “Şərq ulduzu” səyahət gəmisi suyun dibindən çıxarılıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qəza yerində və çayda sağ qalanların axtarışı ilə bağlı üç sutkadan çox davam edən əməliyyatlar sona çatıb. Faciədən sonrakı ilk saatlarda 14 nəfəri xilas etmək mümkün olub.
Xilasedicilər gəminin içərisinə daxil olmaq üçün onun suyun üzündə qalmış hissəsini kəsiblər. Lakin axtarışlar bir nəticə verməyib. Bundan sonra dalğıclar həlak olanların cəsədlərini çıxarmağa başlayıblar. İndiyədək 97 nəfərin cəsədi tapılıb.
İyunun 1-də baş vermiş hadisə zamanı gəmidə əksəriyyəti yaşlı çinli turistlərdən ibarət 450-dən çox insan olub. Sağ qalanların sözlərinə görə, çayda güclü qasırğa başlayan kimi gəmi əyilib və iki dəqiqə ərzində suyun dibinə gedib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]