DÜNYA
Çin dünyanın ən böyük sığorta bazarına çevriləcək
Pekin, 14 mart, AZƏRTAC
Çin 2030-cu illərin ortasında ABŞ-ı qabaqlayaraq, dünyanın ən böyük sığorta bazarına çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu məlumat “Swiss Re” analitika təşkilatının hesabatında yer alıb. Bildirilir ki, 2013-cü ildən 2017-ci ilədək Çində həyat sığortasının orta artımı 17 faiz, digər sığorta sahəsində isə artım 16 faiz olub. Qarşıdakı illərdə bu rəqəmlərin nisbətən azalmaq ehtimalı olsa da, Çinin dünyanın ən böyük sığorta bazarına çevrilməsinə mane olmayacaq.
“Swiss Re” təşkilatı “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqədar infrastruktura böyük miqdarda investisiyaların yatırılmasının sığorta bazarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcəyini güman edir. Belə ki, təşəbbüs çərçivəsində ölkə xaricindəki iri layihələr təxminən 28 milyard dollarlıq sığortaya tələbat yaradacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]