İDMAN


Çin fiqurlu konkisürmə üzrə dörd kontinentdən idmançıların iştirak edəcəyi turniri keçirməkdən imtina edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Çin fiqurlu konkisürmə üzrə dörd kontinentdən idmançıların iştirak edəcəyi turniri keçirməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (ISU) məlumat yayıb.

Turnir gələn il yanvarın 17-dən 22-dək Çinin Tyantszin şəhərində keçirilməli idi. Ancaq turnirin təşkilat komitəsi koronavirus pandemiyasına görə yarışı keçirmək istəmədiyini elan edib.

Oktyabrın 1-də ISU turnirə ev sahibliyi etmək istəyən ölkələrin sifarişinə baxacaq.

Dörd kontinentdən idmançıların iştirak edəcəyi turnir ilk dəfə 1999-cu ildə keçirilib. Turnirdə Amerika, Afrika, Asiya və Avstraliyadan olan atletlər iştirak edirlər. Analoji yarış keçən il Koreya Respublikasının paytaxtı Seulda baş tutub. Cari ildə Avstraliyanın Sidney şəhərində təşkili nəzərdə tutulan yarış pandemiyaya görə ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.