DÜNYA


Çin hökuməti ABŞ-dan idxal edilən malların 25 faizinə rüsum tətbiq etdi

Bakı, 6 iyul, AZƏRTAC

Çin hökuməti ABŞ-dan idxal edilən malların 25 faizinə - 34 milyard ABŞ dolları məbləğində mallara rüsum tətbiq etdi. Bununla bağlı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi bəyanat verib. “Sinxua” agentliyi həmin bəyanatdan bir hissəni diqqətə çatdırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çinin Baş Gömrük İdarəsinin bəyanatında ABŞ Gömrük və Sərhəd Xidmətinin məlumatına görə, iyulun 6-dan ABŞ-da Çin mallarının 25 faizinə rüsum tətbiq edildiyi bildirilir. Həmin malların ümumi qiyməti 34 milyard ABŞ dolları təşkil edir. Cavab tədbiri olaraq Çin də ABŞ mallarının 25 faizinə analoji miqyasda rüsum tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.