DÜNYA


Çin hökuməti ölkədə yeni vergi islahatları aparacaq

Bakı, 10 iyul, AZƏRTAC

Çin Xalq Respublikasının yeni maliyyə naziri Lyu Kun ölkənin vergi sistemində islahatlar aparılacağını bəyan edib.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, nəzərdə tutulan islahatlara əlavə dəyər vergisinin dərəcəsinin aşağı salınması da aiddir.

O, qeyd edib ki, belə bir addımın atılması - ƏDV-nin dərəcəsinin azaldılması bu il istehsalla məşğul olan şirkətlərə və təchizatçılara fayda gətirəcək. Nazir Çində gəlir vergisi sistemində nəzərdə tutulan islahatlar barədə də danışıb. Onun sözlərinə görə, uşaqların təhsilinə və səhiyyə sisteminə ayrılan xərclərlə bağlı vergi güzəştlərinə yenidən baxılacaq.

Bildirilib ki, vergi yükünün azaldılması 2013-cü ildən başlanmış vergi islahatlarının davamıdır. O vaxt hökumət ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi və sahibkarlığın inkişafına dəstək məqsədilə vergi və yığımların məbləğini əsaslı şəkildə - 3 trilyon yuandan (1 yuan=27 qəpik) artıq aşağı salmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.