DÜNYA


Çin iqtisadiyyatı pandemiyaya baxmayaraq 2,3 faiz artıb

Pekin, 18 yanvar, AZƏRTAC

Çinin 2020-ci ildə ümumi daxili məhsulu (ÜDM) pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, əvvəlki illə müqayisədə 2,3 faiz çoxalaraq, 101,6 trilyon yuana (15,42 trilyon ABŞ dolları) çatıb. Bununla dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ÜDM ilk dəfə 100 trilyon yuanı ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosunun məlumatında qeyd olunur. Bildirilir ki, ÜDM-in 2,3 faizlik çoxalması ilin 3-cü və 4-cü rübündəki müvafiq olaraq 4,9 və 6,5 faizlik artımla təmin olunub.

Büronun açıqlamasına əsasən, Çin iqtisadiyyatı ötən ilin əvvəlində pandemiyanın iqtisadi fəaliyyət üçün yaratdığı məhdudiyyətləri və çətinliklərin səbəb olduğu geriləməni qısa müddətdə arxada qoyaraq, əsas iqtisadi və sosial inkişaf üzrə qarşıya qoyulan məqsədlərə nail olunub.

Ötən il Çində işsizlik səviyyəsi 5,6 faiz təşkil edib ki, bu da hökumətin proqnozlaşdırdığı 6 faizlik həddən aşağıdır.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.