DÜNYA


Çin iqtisadiyyatına xarici investisiya qoyuluşu yeddi ayda 21,5 faiz artıb

Bakı, 18 avqust, AZƏRTAC

Çin iqtisadiyyatına xarici investisiya qoyuluşu yanvar-iyul aylarında illik ifadədə 21,5 faiz artaraq 123,92 milyard dollara yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ÇXR-in Kommersiya Nazirliyinin məruzəsində yer alıb.

Dərc olunmuş məruzəyə əsasən, Çin valyutası ilə ifadə olunarsa, həmin dövr ərzində cəlb edilmiş xarici kapitalın həcmi 17,3 faiz artaraq 798,33 milyard yuan təşkil edib. Çinin xidmət sahəsində faktiki istifadə olunmuş xarici investisiya yeddi ayda 10 faiz çoxalaraq 598,92 milyard yuana (təqribən 92,96 milyard dollar) çatıb. ÇXR-in yüksək texnologiya sahələrinə xarici kapital axını 32,1 faiz, o cümlədən sənaye sektorunda 33 faiz, qeyri-sənaye sferasında isə 31,8 faiz artıb.

Nazirliyin məlumatına görə, yanvar-iyul aylarında ən dinamik investisiya axını Koreya Respublikası, ABŞ, Yaponiya və AFR tərəfindən təmin edilib. Həmin ölkələrin Çin iqtisadiyyatına qoyduqları kapitalın həcmində müvafiq olaraq 44,5 faiz, 36,3 faiz, 26,9 faiz və 23,5 faiz artım qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.