DÜNYA


Çin istehsalı “Yunyou-20” yanacaq təyyarəsi ictimaiyyətə təqdim edilib VİDEO

Pekin, 27 avqust, AZƏRTAC

Çin istehsalı olan yeni nəsil yanacaq təyyarəsi “Yunyou-20” Çançun şəhərində keçirilən aviasiya sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun balansında olan müxtəlif növ təyyarələri səmada yanacaqla təmin etmək imkanına malik olan “Yunyou-20” 100 tondan çox yanacaq daşıya bilir. Ekspertlər “Yunyou-20”nin Rusiyanın “İl-76” təyyarəsi ilə təxminən eyni ölçüdə olduğunu bildirir.

“Yunyou-20”dən təyyarələri havada yanacaqla təmin etməkdən başqa, patrul, radioelektron kəşfiyyat təyyarəsi kimi də istifadə olunması mümkündür.

Avqustun 26-da başlayan və 30-dək davam edəcək Çançun aviasiya sərgisində Çin Xalq Azadlıq Ordusunun hərbi hava qüvvələrinin ötən 10 ildə əldə etdiyi nailiyyətlər, yeniliklər nümayiş olunacaq. Çin ordusunun 6 ədəd yeni nəsil “J-10” təyyarəsindən ibarət “Bayi” akrobatik komandası səmada şou göstərib. Bundan başqa, müxtəlif növ hərbi təyyarələrin birgə şousu da baş tutub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.