Çin istehsalı olan ilk C919 təyyarəsi istismarçı şirkətə təqdim olunub VİDEO
AzerTAg.az

Pekin, 9 dekabr, AZƏRTAC
Çin istehsalı olan ilk darfüzelyajlı C919 təyyarəsi istismarçı şirkətə - “Çin Şərq Hava Yolları”na təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsalı olan ilk C919 sərnişin təyyarəsi birinci uçuşunu dekabrın 9-da Şanxayın “Pudon” hava limanından “Honçiao” hava limanına edib. “Çin Şərq Hava Yolları” şirkəti ilk mərhələdə 5 ədəd C919 təyyarəsi sifariş edib.
Qeyd edək ki, oktyabrda Çinin səlahiyyətli qurumu C919 təyyarələrinə uçuş sertifikatı verib. C919 Çinin milli təyyarə istehsalı sahəsində uzun illər apardığı işin nəticəsidir. Standart uçuş məsafəsi 5500 kilometr olan “C919” “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boeing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur. Uzunluğu 39 metr, qanad uzunluğu 36 metr olan ikimühərrikli təyyarə göyərtəsində 192 sərnişin daşıya biləcək. Yerli KİV-lərin məlumatına əsasən, yeni avialayner təxminən 50 milyon ABŞ dollarına başa gəlir ki, bu da “Boeing-737” və “Airbus A320” təyyarələrinin qiymətindən iki dəfə ucuzdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Xəbərin mətnində orfoqrafik səhv var