MƏDƏNİYYƏT


Çin könüllülərinin Amerika qoşunları ilə döyüşünü əks etdirən yeni filmi böyük maraq doğurub

Bakı, 15 oktyabr, AZƏRTAC

Koreya müharibəsinin ilk günlərində (1950-1953) Çin könüllülərinin Amerika qoşunları ilə döyüşü barəsində çəkilən hərbi blokbaster Çinin satış kassalarında artıq iki həftədir ki, liderliyini qoruyur.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “China Movie Data Information Network” şirkətinin hesablamalarına görə oktyabrın 1-də böyük ekranlara çıxan “Çandjin gölü” filmi iki həftə nümayişi zamanı 4,45 milyard yuan (700 milyon dollar) gəlir gətirib.

Ekran əsəri ABŞ kinoşirkətləri və “Bona Film Group” tərəfindən ərsəyə gəlib. Sosial şəbəkə istifadəçiləri kinolentin vətənpərvərlik ruhunda çəkildiyini bildiriblər.

Film, Çin Xalq Respublikasının müharibəyə girməsindən sonra Amerika qoşunlarına və onun müttəfiqlərinə qarşı apardıqları hərbi əməliyyatlardan bəhs edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.