SİYASƏT


Çin mətbuatı Sincan-Uyğur Muxtar Vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərini geniş işıqlandırıb VİDEO

Bakı, 29 oktyabr, AZƏRTAC

Çinin nüfuzlu KİV-ləri, o cümlədən Sinxua xəbər agentliyi, “Jenmin Jibao” qəzeti və CCTV-13 xəbər kanalı bu ölkənin Sincan-Uyğur Muxtar Vilayətinin mütəxəssis-ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Çin mətbuatı Sosial Elmlər Akademiyasının Çin Sərhəd Tədqiqatları bölməsinin baş direktoru Si Guançenqin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaddaqalan və faydalı olduğunu qeyd edib. Materiallarda nümayəndə heyətinin Azərbaycan Dillər Universitetində, bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) və Milli Elmlər Akademiyasında keçirdiyi görüşlər haqqında ətraflı məlumatlar verilib.

CCTV-13 xəbər kanalının yayımladığı videoreportajda Bakıdan görüntülər, həmçinin nümayəndə heyətinin AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşü və onun çinli jurnalistlərə müsahibəsi yer alıb.

Çin KİV-ləri iki ölkənin media qurumları, o cümlədən AZƏRTAC ilə Sinxua agentliyi arasında genişlənən əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.