DÜNYA


Çin müdafiə xərclərini son 32 ildə ən aşağı həddə artırır

Pekin, 22 may, AZƏRTAC

Çin cari maliyyə ili üçün ölkənin müdafiə xərclərini ötən illə müqayisədə 6,6 faiz artırmağı planlaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 22-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının üçüncü sessiyasında müzakirəyə çıxarılan büdcə layihəsində qeyd olunub. Büdcə layihəsində cari maliyyə ili üçün müdafiə xərcləri 1,27 trilyon yuan (178 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilib. Nəzərdə tutulan 6,6 faizlik artım ötən illə müqayisədə aşağı olmaqla yanaşı, 1988-ci ildən bəri ən aşağı illik artım rəqəmidir.

ÜXNY-nin illik sessiyasının mətbuat katibi Can Yesuy bildirib ki, Çinin hərbi xərcləri müdafiə xarakterlidir və ÜDM-in nisbəti, onun əhalinin hər nəfərinə düşən payı baxımından mütənasibdir.

Qeyd edək ki, cari maliyyə ili üçün dövlət büdcəsinin, o cümlədən müdafiə büdcəsinin 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) mayın 28-dək davam edəcək üçüncü sessiyasının gedişində müzakirəsi və təsdiqi nəzərdə tutulub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.