ELM VƏ TƏHSİL
Çin nəqliyyatın sürətli internetlə təmin olunması üçün orbitə peyklər buraxacaq
Bakı, 22 fevral, AZƏRTAC
Çin nəqliyyatın, xüsusilə təyyarələrin və yüksəksürətli qatarların sürətli simsiz internetlə təmin olunması üçün altı telekommunikasiya peykinin işə salınmasını həyata keçirməyi planlaşdırır.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, ilk peyk – “Şizian-13” apreldə “Çançjen-3B” raket-daşıyıcısının köməyi ilə Sıçuan əyalətinin kosmodromundan orbitə buraxılacaq. Peyk Çinin digər telekommunikasiya peykləri ilə müqayisədə ən böyük ötürücülük qabiliyyətinə və trafiki daha böyük sürətdə ötürmək imkanına malikdir.
İlin ortalarında isə “Çançjen-5B” raket-daşıyıcısının köməyi ilə “Şiszyan-18” peykinin orbitə buraxılması nəzərdə tutulur.
Ümumilikdə bu il altı yeni telekommunikasiya peykinin işə salınması Çin üçün mobil peyk rabitəsinin yaradılması perspektivlərinin yaxşılaşdırılmasına imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]