SİYASƏT


Çin nəşri Azərbaycanın Qarabağ döyüşlərində PUA-larla uğurlu hücumlarından yazıb

Pekin, 27 noyabr, AZƏRTAC

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində "Dronların Azərbaycana necə üstünlük gətirdiyini görün" başlıqlı xəbər və eyni mövzuda videoxəbər yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, materiallarda sentyabrın 27-dən başlayan 2-ci Qarabağ müharibəsində Azərbaycanın müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə düşmən hədəflərini ustalıqla məhv etməsindən söz açılıb. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edən nəşr yazır ki, son vaxtlar hücum PUA-larına maraq çoxalıb.

Materiallarda sentyabrın 27-dən başlayan müharibənin Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənəd əsasında dayandırıldığı, razılaşmaya əsasən, Ermənistan tərəfinin Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmalı olduğu qeyd olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.