DÜNYA


Çin orbitə 4K və 8K formatda teleyayımı dəstəkləyən peyk çıxarıb

Pekin, 10 sentyabr, AZƏRTAC

Çin orbitə 4K və 8K format yayımı dəstəkləyən telekommunikasiya peykini çıxarıb.

AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan “Böyük yürüş-3B” ("Long March-3B") raketdaşıyıcısının buraxılışı Siçuan vilayətindəki Siçanq məntəqəsindən baş tutub. Orbitdə 15 il müddətində istismar üçün nəzərdə tutulan “Zhongxing-9B” peyki 4K və 8K yayımını dəstəkləyən xüsusi transponderlərlə təchiz olunub. Bu, gələn il keçiriləcək “Pekin-2022” Qış Olimpiya Oyunları da daxil olmaqla əhəmiyyətli tədbirlərdən televiziya yayımını yüksək keyfiyyətlə təşkil etməyə imkan verəcək. Bundan başqa, peyk fövqəladə hallar zamanı etibarlı kommunikasiyanın təmin olunması üçün istifadə olunacaq.

Qeyd edək ki, bu, “Long march” seriyasından 388-ci raketin buraxılışı olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.