DÜNYA


Çin orbitə eyni raketlə 12 peyk çıxarıb

Pekin, 10 avqust, AZƏRTAC

Çin “Böyük yürüş-6Y10” (“Long March-6Y10) daşıyıcı raketi ilə orbitə 12 peyk çıxarıb.

AZƏRTAC xəbər verir ki, daşıyıcı raketin buraxılışı Şensi vilayətindəki Tayyüən məntəqəsində yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 8:50) baş tutub.

Artıq planlaşdırılan orbitə daxil olan peyklər, o cümlədən “Gaofen” və “Yunyao” kommersiya məqsədilə uzaqdan zondlama və atmosferin şəkillərinin əldə edilməsi üçün nəzərdə tutulub.

Qeyd edə ki, bu, “Böyük yürüş” seriyasından 432-ci daşıyıcı raketin buraxılışı olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.