DÜNYA
Çin orbitə yeni meteorologiya peyki göndərib
Pekin, 15 noyabr, AZƏRTAC
Çin orbitə “Fengyun-3D” adlı özünün yeni nəsil meteorologiya peykini göndərib.
AZƏRTAC xəbər verir ki, noyabrın 15-də yerli vaxtla saat 2:35-də Tayyuan şəhərindəki kosmodromdan peykin buraxılışı olub. Peyki orbitə “Long March-4C” daşıyıcı raketi aparıb.
Qütb orbitində hərəkət edəcək “Fengyun-3D” müxtəlif hava şəraiti ilə əlaqədar çoxspektrli üçölçülü şəkillər təmin edə biləcək. Yeni peyk 2013-cü ildə orbitə buraxılan “Fengyun-3C” peyki ilə şəbəkə halında çalışacaq.
Peyki və daşıyıcı raketi Çin Aerokosmik Elm və Texnologiya Korporasiyanın nəzdində fəaliyyət göstərən Şanxay Kosmik Uçuşlar Texnologiyası Akademiyasının mütəxəssisləri hazırlayıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]