DÜNYA
Çin öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Çin sentyabrın 10-da Şanxay şəhərinin limanında öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, “Syuelun-2” (Qar əjdahası) adlı bu buzqıran gəminin tikintisi 2016-cı ildə başlayıb. Onun hazırlanmasına təxminən 153 milyon dollar ayrıldığı bildirilir.
İndiyədək Çində elmi-tədqiqat məqsədi ilə istifadə olunan və 1993-cü ildə Ukraynada hazırlanmış cəmi bir ədəd “Syuelun” tipli buzqıran gəmi vardı. “Syuelun-2” öz “böyük qardaşından” bir qədər kiçikdir. Çin istehsalı olan buzqıran gəminin uzunluğu 122,5 metr, eni 22,3 metr, ağırlığı isə 12,3 min tondur. O, 1,5 metr qalınlığında buzu qıraraq üzə bilir.
“Syuelun-2” buzqıran gəmisi 2019-cu ildə istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]