DÜNYA


Çin: pirotexnika zavodunda partlayış azı 7 nəfərin həyatına son qoyub

Bakı, 23 sentyabr, AZƏRTAC

Çinin şərqində yerləşən Szyansi əyalətində pirotexnika istehsal edən zavodda partlayış baş verib. Partlayış nəticəsində azı 7 nəfər həyatını itirib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, insident sentyabrın 22-də yerli vaxtla saat 16:45-də Şanli bələdiyyəsinin Pinsyan şəhəri yaxınlığında qeydə alınıb.

Agentliyin məlumatına əsasən, yerli hökumət orqanları yoxlama nəticəsində təhlükəsizlik sistemində problemlər aşkarladığı üçün zavodda işi dayandırmaq barədə təlimat vermişdi. Lakin elə həmin gün axşam zavodun əməkdaşları təlimatı pozaraq yenidən istehsala başlayıb və nəticədə partlayış baş verib. Hadisə zamanı zavodda neçə nəfərin olduğu barədə hələ ki, məlumat verilmir.

Hazırda hadisə yerində təcili xidmət orqanları fəaliyyət göstərir, partlayışın başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.