DÜNYA


Çin polisi 139 kiloqram narkotik vasitə müsadirə edib

Çin polisi 139 kiloqram narkotik vasitə müsadirə edib

Pekin, 26 mart, AZƏRTAC

Çinin Yünnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Onlardan 139 kiloqram metamfetamin müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, polis əməkdaşları martın 13-də müşahidə kameraları vasitəsilə Myanma ilə həmsərhəd zonada yerləşən Linçan şəhərində dolaşan şübhəli avtomobil müəyyən ediblər. İçərisində 2 nəfər olan avtomobil saxlanılıb və yoxlanış aparılarkən metamfetaminlə dolu 5 bağlama aşkarlanıb. Digər şübhəli şəxs isə əməliyyatın gedişində sonrakı günlərdə aşkarlanıb.

Hazırda təhqiqat aparılır.

Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yünnan vilayətində narkotik vasitələrin qanunsuz ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələri quru yolu üzərindən Yünnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.