SİYASƏT


Çin saytı Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasından yazır

Pekin, 25 noyabr, AZƏRTAC

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Kəlbəcər rayonunun azad olunması barədə məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına istinadla Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatına uyğun olaraq, Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olduğu bildirilib.

Qeyd edilib ki, bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də təhvil verilməli idi, amma Azərbaycan humanitar səbəblərdən bu tarixi 10 gün təxirə salmışdı.

Məqalədə 1990-cı illərin əvvəllərində baş verən müharibə zamanı azərbaycanlıların digər yaşayış məntəqələri kimi, Kəlbəcəri də tərk etmək məcburiyyətində qaldığı, sonradan burada məskunlaşmış ermənilərin üçtərəfli bəyanata uyğun olaraq rayonun Azərbaycana təhvil verilməsi ərəfəsində yaşadıqları evləri tərk edərkən aparılması mümkün olmayan əşyaları, binaları yandırdıqları, hətta ağacları kəsib doğradıqları barədə faktlar əksini tapıb.

Bildirilib ki, sentyabrın sonundan başlayan döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbələrin nəticəsində əldə olunan razılaşmaya əsasən, Ermənistan artıq Ağdam rayonunu Azərbaycana qaytarıb, Laçın rayonu isə dekabrın 1-dək ölkəmizə təhvil veriləcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.