DÜNYA


Çin şirkəti Finlandiyanın idman ləvazimatları şirkətini 4,6 milyard avroya almaq istəyir

Pekin, 8 dekabr, AZƏRTAC

Çinin “Anta Sports” şirkəti tərəfdaşları ilə birgə Finlandiyanın məşhur idman geyimləri və avadanlığı istehsal edən “Amer Sports” qrupunu 4,6 milyard avroya almaq istəyir.

AZƏRTAC “Anta”nın məlumatına istinadla xəbər verir ki, şirkət “FountainVest Partners”, “Tencent” və “Anamered Investments” firmaları ilə birgə investisiya konsorsiumu yaradaraq, “Amer”in hər bir aksiyasına 40 avro təklif edir. “Wilson”, “Arc'teryx”, “Salomon” və “Atomic” kimi tanınmış brendlərin sahibi olan “Amer Sports” qrupu dünyada ən çox idman avadanlığı istehsal edən şirkət hesab olunur.

Əgər sövdələşmə baş tutarsa, “Amer Sports” özünün Direktorlar Şurasını saxlamaqla, müstəqil əməliyyatlar həyata keçirə biləcək.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.