DÜNYA


Çin şirkəti ikiekranlı “Axon M” smartfonunu təqdim edib

Bakı, 18 oktyabr, AZƏRTAC

Çinin “ZTE” şirkəti ikiekranlı “Axon M” smartfonunu təqdim edib. O, analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.

AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, cihaz yığılmış vəziyyətdə 5,2 düymlük Full HD təsvir ölçülü ekrana malikdir və “Snapdragon 821” qabaqcıl prosessoru, 4 giqabayt əməli yaddaş, 20 meqapiksellik kamera, 3180 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilib.

Əlin yüngül hərəkəti ilə kitab kimi açılan smartfonun, həmçinin ikinci 5,2 düymlük ekranı var. Ekranlar həm birgə, həm də ayrı-ayrılıqda istifadə oluna bilər. Çəkisi 230 qram olan qurğu ilin sonlarında satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.