İQTİSADİYYAT
Çin şirkətləri Azərbaycanda istehsal olunan zeytun yağına xüsusi maraq göstərirlər
Bakı, 31 oktyabr, AZƏRTAC
Çin şirkətləri Azərbaycanda yetişdirilən zeytundan istehsal olunan yağlara xüsusi maraq göstərirlər. Bir sıra ölkələrdə də məhz Azərbaycanda istehsal edilən zeytun məhsullarına tələbat böyükdür.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev oktyabrın 31-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 9 aylıq fəaliyyətinə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əgər bir ölkədə Azərbaycan məhsuluna tələbat varsa, həmin ölkədə ticarət evləri və ixrac missiyaları planlaşdırılır.
Mətbuat konfransında, həmçinin vurğulanıb ki, AZPROMO-nun əsas fəaliyyət istiqamətlərindən biri də mövcud bazarlara sahibkarlar tərəfindən daha çox mal çıxarılmasıdır. Bu məqsədlə ixrac bazarları araşdırılır və hansı ölkəyə ixrac missiyasının həyata keçirilməsi müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]