İDMAN


Çin şirkətləri dünya çempionatında reklama 835 milyon dollar xərcləyəcəklər

Pekin, 12 iyun, AZƏRTAC

Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər.

AZƏRTAC “Chinadaily.com.cn” nəşrinə istinadla xəbər verir ki, bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən (400 milyon dollar) iki dəfə çoxdur. Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək.

Dünya çempionatında məhsulları və xidmətləri reklam olunacaq Çin şirkətləri arasında “Dalian Wanda Group”, texnologiya kompaniyası “Zhidian Yijing Virtual Reality Technology”, məişət avadanlığı istehsalçısı “Hisense Electronics”, mobil telefon cihazları üzrə ixtisaslaşan “Vivo Mobile Communication Technology”, habelə ərzaq və geyim firmaları var.

Qeyd edək ki, 8 il əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatında cəmi bir Çin şirkəti reklam olunurdu.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.