DÜNYA


Çin və ABŞ arasında növbəti ticarət danışıqları baş tutacaq

Pekin, 4 yanvar, AZƏRTAC

Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair növbəti danışıqlar yanvarın 7-8-də Pekində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Çin Kommersiya Nazirliyinin məsələ ilə bağlı açıqlamasında nazir müavini səviyyəsində danışıqlarda iştirak etmək üçün Birləşmiş Ştatların ticarət nümayəndəsinin müavini Cefri Gerişin başçılığı ilə nümayəndə heyətinin Pekinə səfər edəcəyi bildirilir.

Qeyd edək ki, Argentinanın paytaxtı Buanes-Ayresdə keçirilən “Böyük iyirmilər”in zirvə görüşü çərçivəsində Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. ABŞ tərəfi Çin mallarına yanvarın 1-dən əlavə 25 faizlik rüsumların tətbiq olunmasını iki tərəf arasında keçiriləcək danışıqların nəticəsindən asılı olaraq martın 1-dək təxirə salıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.