DÜNYA


Çin və ABŞ tarif məsələsində razılığa gəliblər

Pekin, 2 dekabr, AZƏRTAC

Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları qarşılıqlı olaraq idxal edilən mallara əlavə tariflər tətbiq olunmaması barədə razılığa gəliblər.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə razılıq Argentinanın paytaxtı Buanes-Ayresdə keçirilən “Böyük iyirmilər”in zirvə görüşü çərçivəsində ÇXR Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın görüşündə əldə olunub.

Görüşün nəticələri barədə məlumat verən Çinin xarici işlər naziri Van İ deyib ki, tərəflər yanvarın 1-dən əlavə tariflərin tətbiq olunmamasını, ticarət mübahisəsi barədə danışıqları davam etdirməyi qərara alıblar. Bundan başqa, iki ölkənin liderləri münasib zamanda rəsmi səfərlər həyata keçirməyə söz veriblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.