DÜNYA


Çin və Yaponiya işgüzar səfər qadağasını yumşaltmağa razılaşırlar

Pekin, 25 noyabr, AZƏRTAC

Pandemiya ilə əlaqədar Çin və Yaponiya vətəndaşlarının səfərlərinə qarşılıqlı tətbiq olunan qadağa yumşaldılacaq.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə razılıq Çinin xarici işlər naziri Van İnin Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə əldə olunub. Tərəflər iqtisadi-ticari əlaqələrin genişlənməsinə dəstək üçün noyabrın sonundan etibarən işgüzar məqsədlə səfər edənlər üçün səyahət qadağasını xeyli dərəcədə yumşaldacaq. Bununla belə həmin qrup səyahətçilər sərhəd karantin nəzarəti qaydalarına əməl etməli olacaqlar.

Qeyd edək ki, COVID-19 böhranı ilə əlaqədar bir çox ölkə kimi Çin və Yaponiya da əcnəbilərin ölkəyə girişini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı. Bu da öz növbəsində dünyanın 2-ci və 3-cü ən böyük iqtisadiyyatları olan Çin ilə Yaponiya arasında işgüzar əməkdaşlığın həyata keçirilməsinə mənfi təsir göstərirdi. Yaponiya Çinin ən böyük 3-cü, Çin isə Yaponiyanın 2-ci iri ticarət tərəfdaşıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.