DÜNYA


Çində 11 qadını öldürməkdə təqsirləndirilən şəxs edam edilib

Pekin, 3 yanvar, AZƏRTAC

Çinin Daxili Monqolustan Muxtar Rayonunda 1988-2002-ci illərdə 11 qadını öldürməkdə təqsirləndirilən 53 yaşlı Qao Çenyun adlı şəxs edam edilib.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, ötən ilin martında Qansu vilayətinin Bayun məhkəməsi Qao Çenyunu qətl, zorlama, soyğunçuluq və cəsədləri təhqir etməkdə təqsirləndirərək edam olunması barədə qərar çıxarmışdı. Qərar yanvarın 3-də icra olunub.

Qeyd edək ki, Çin ölüm hökmünün cinayət məcəlləsində əks olunduğu və icra edildiyi azsaylı ölkələrdən biridir. Ölkə qanunlarına əsasən, məhkəmələr 55 cinayət növünə görə ölüm hökmü verə bilər. Çində ölüm hökmü əsasən güllənmə və iynə vasitəsilə bədənə yeridilən kimyəvi maddədən istifadə olunmaqla icra edilir. Çin tərəfi icra olunmuş ölüm hökmlərinin statistikası barədə rəsmi məlumat açıqlamır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.