DÜNYA
Çində 2035-ci ilədək 216 yeni hava limanı istifadəyə veriləcək
Pekin, 11 dekabr, AZƏRTAC
Çində artan sərnişin tələbatı nəzərə alınaraq, 2035-ci ilədək 216 yeni hava limanı tikilib istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya Administrasiyasının ölkənin mülki aviasiya sahəsinin inkişafı ilə bağlı hesabatında qeyd olunub.
Proqnozlara əsasən, Çin 2035-ci ilədək hava nəqliyyatından istifadə edən sərnişinlərin sayına görə ABŞ-ı qabaqlayaraq, qlobal liderliyə yüksələcək. Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin hər 4 nəfərindən biri Çin vətəndaşı olacaq.
Qeyd edək ki, hazırda Çində 234 mülki hava limanı istifadədir. Ötən il Çin hava limanlarının xidmətindən 552 milyon sərnişin istifadə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]