DÜNYA
Çində 278 milyard dollara dünyanın ən böyük enerji paylayıcı şirkəti qurulur
Bakı, 29 avqust, AZƏRTAC
Çində iki dövlət şirkətinin birləşməsi nəticəsində 278 milyard dollar dəyəri olan dünyada ən böyük enerji istehsalçısı və distribüteri şirkəti meydana gələcək.
AZƏRTAC xəbər verir ki, Çinin ən böyük kömür mədən şirkəti “Shenhua Group Corp Ltd” ölkənin ən böyük beş enerji istehsalçısından biri olan “China Guodian Group” şirkətini alacaq. İki şirkət bir neçə aydır birləşmək üçün danışıqlar aparıblar.
“Guodian-Shenhua” birləşməsi Çinin İctimai Aktivlərə Nəzarət və İdarə Edilməsi üzrə Komissiyası (SASAC) tərəfindən açıqlanıb.
“Shenhua”nın qrup şirkətlərindən “China Shenhua Energy Co Ltd” tərəfindən edilən şərhdə, əsas şirkətin “Guodian”ın tərkibinə keçəcəyi və yeni şirkətin adının isə “National Energy Group” olacağı bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]