İQTİSADİYYAT
Çində 40 ölkədən olan sahibkarlara Bakı limanı barədə məlumat verilib
Bakı, 25 avqust, Elvin Camalov, AZƏRTAC
Çində 40 ölkədən olan sahibkarlara Bakı limanının gələcək perspektivləri barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib. QSC-nin baş direktoru Taleh Ziyadov Çinin Sintzyan Uyğur Muxtar rayonunda, Urumçi şəhərində “Bir Kəmər Bir Yol” layihəsinə həsr olunmuş konfransda iştirak edib. Konfrans zamanı T.Ziyadov Bakı Limanının Avropa ilə Asiya arasında qovşaq rolunu oynadığını vurğulayıb və bu layihə çərçivəsində limanın hazırkı fəaliyyəti və gələcək perspektivləri, onun inkişaf konsepsiyası, infrastrukturu, o cümlədən liman ətrafında yaradılan Azad Ticarət Zonası (ATZ) layihəsinin strateji-iqtisadi əhəmiyyətinə dair geniş məlumat verib.
Konfransda 40 ölkədən 500 nəfər sahibkar, hökumət nümayəndələri və ekspertlər iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]