DÜNYA


Çində 50 milyard ədəd sürətli poçt-kuryer daşınması reallaşıb

Pekin, 30 dekabr, AZƏRTAC

Bu il Çində sürətli poçt-kuryer daşınması 50 milyard ədədə çatıb.

AZƏRTAC Çin Dövlət Poçt Bürosunun məlumatına istinadla xəbər verir ki, son üç ildə bu sektorda illik artım təxminən 10 milyard ədəd olub. Çin son 5 ildə sürətli poçt daşınmalarının sayına görə dünyada birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Çində elektron ticarətin dövriyyəsi illik 1 trilyon ABŞ dollarına çatıb. Bu, ölkədə ümumi pərakəndə ticarətin təxminən 20 faizini təşkil edir. Elektron ticarətin genişlənməsi öz növbəsində sürətli poçt daşınmalarının sayının da əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Hazırda Çində 7 sürətli poçt-kuryer şirkəti fəaliyyət göstərir ki, onların ən böyüyünün illik dövriyyəsi 100 milyard dollara, digərlərininki isə 50 milyard dollara çatır. Bu sektorda 3 aviasiya şirkəti yük daşınması ilə məşğuldur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.