DÜNYA


Çində 51 nəfəri daşıyan avtobus çaya düşüb

Bakı, 11 oktyabr, AZƏRTAC

Çinin şimalındakı Xebey əyalətində içərisində 51 nəfər olan avtobus çaya düşüb.

AZƏRTAC Çin mərkəzi televiziyasına istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 12 nəfər isə itkin düşmüş hesab olunur. Xilasedicilər 37 nəfəri sudan sağ çıxara bilib.

Qəza bu gün yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 3:00) baş verib. Jingye kompaniyasının fəhlələrini aparan avtobus hələlik məlum olmayan səbəbdən çayın üzərindəki körpüdən aşıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Avtobusun sürücüsü saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.