DÜNYA


Çində “5G” ilə işləyən sürücüsüz avtobuslar sınaqdan keçirilib

Bakı, 11 fevral, AZƏRTAC

Çinin Chongqing şəhərində “5G” şəbəkəsi ilə işləyən sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "China Mobile", "Huawei", "EasyMile" şirkətləri və Çinin Cənub-Şərq Universitetinin alimləri tərəfindən hazırlanmış sürücüsüz avtobus hələ ki, 12 sərnişin üçün nəzərdə tutulub. Avtobus Çinin ictimai yollarında saatda 20 kilometrədək sürətlə hərəkət edə bilər.

Avtobus lidarlardan istifadə edir, “5G” protokolu vasitəsilə nəzarət məntəqəsi ilə ani məlumat mübadiləsi həyata keçirir və sürücüsüz hərəkət edir.

Yeni avtobusların texniki xüsusiyyətləri hələ ki, açıqlanmır. Hazırda dünyada sürücüsüz nəqliyyat istehsalı ilə məşğul olan bir neçə şirkət mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.