DÜNYA


Çində 5 bal gücündə zəlzələ qeydə alınıb VİDEO

Bakı, 13 avqust, AZƏRTAC

Çinin cənub-qərbində 5 bal gücündə zəlzələ olub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi ölkənin cənub-qərbindəki Yünnan ştatında yerləşən Yüşi şəhərinə bağlı Tonghay rayonunda 5 bal gücündə zəlzələ qeydə alıb.

Ocağı 7 kilometr dərinliyində yerləşən zəlzələ bir nəfərin yaralanması, iki evin qismən dağılması ilə nəticələnib.

Təcili olaraq zəlzələnin baş verdiyi əraziyə mütəxəssislər göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.