DÜNYA


Çində 5 min il əvvəl mövcud olmuş yaşayış məntəqəsi aşkarlanıb

Pekin, 14 yanvar, AZƏRTAC

Çin arxeoloqları Xunan vilayətində neolit dövrünə aid yaşayış məntəqəsinin qalıqları olan müdafiə divarlarını və xəndəkləri aşkarlayıblar.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, tarixçi-arxeoloqlar 25 hektarlıq sahəsi olan yaşayış məntəqəsinin eramızdan əvvəl 3-cü minillikdə salındığını və təxminən min il istifadə olunduğunu güman edirlər.

Arxeoloji qrupun rəhbəri Van Lyancı bildirib ki, yaşayış məntəqəsinin 2 qat xəndəklə əhatə olunması o vaxtkı dövr üçün Yanqzı çayı regionunda nadir haldır. Bundan başqa, yaşayış məntəqəsinin divarlarının inşasında bir neçə materialdan istifadə olunub ki, bu da Çində tapılmış digər qədim yaşayış məntəqələrinin divarlarından fərqlidir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.